Azərbaycan Qarabağ böhranını danışıqlar yolu ilə həll etmək üçün böyük səylər göstərdi
2021-03-24 18:00
Azərbaycan Qarabağ böhranını danışıqlar yolu ilə həll etmək üçün böyük səylər göstərdi. Ermənistan isə dialoq imkanlarını pozan tərəf oldu. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan sədri olduğu hakim Ədalət və İnkişaf Partiyasının yeddinci qurultayındakı çıxışında onu da bildirib ki, Türkiyənin dəstəyi, Azərbaycan Ordusunun qəhrəmanlığı və dastanlara yazılacaq mübarizəsi ilə bu mənfur işğala son qoyuldu. Hazırda bölgədəki vəziyyət barədə fikrini bölüşən Rəcəb Tayyib Ərdoğan deyib ki, Türkiyə-Azərbaycan qardaşlığını daha da gücləndirən bu mərhələnin imzalanan razılaşma çərçivəsinə başa çatması üçün prosesləri yaxından izləməkdə davam edəcəklər.
Vüsalə Camal