Azərbaycan Prezidenti Fransanın ölkəmizdə yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib
Prezident İlham Əliyev Fransa Respublikasının yeni səfiri Sofi Laqutun etimadnaməsini qəbul edib. Görüşdə dövlət başçısı Fransa ilə münasibətlərdə yeni dövrün başlandığını bildirib, xüsusilə mədəni, humanitar və biznes sahələrində əməkdaşlığın inkişafının önəmini vurğulayıb. Səfir Sofi Laqut isə əlaqələrin gücləndirilməsi üçün səylərini əsirgəməyəcəyini qeyd edib. Görüşdə enerji, yüksək texnologiyalar və aerokosmik sahələrdə əməkdaşlığın perspektivləri müzakirə olunub.