Azərbaycan Prezidenti Fransanı müstəmləkəçiliyə görə üzr istəməyə çağırıb
"Fransa öz müstəmləkəçilik tarixindən üzr istəməlidir". Bu fikirlər Azərbaycan Prezidenti İlham Əliyevin Qoşulmama Hərəkatının Bakı Təşəbbüs Qrupunun təşkilatçılığı ilə həyata keçirilən "Dekolonizasiya: Qadınların Gücləndirilməsi və İnkişafı" mövzusunda konfransın iştirakçılarına müraciətində yer alıb. Dövlət başçısı qeyd edib ki, Fransa digər ölkələrdə etnik təmizləmə siyasəti həyata keçirir: "Müstəmləkəçiliyə qarşı mübarizə çox vacibdir. Qadınların kolonizasiyaya qarşı mübarizəsi dəstəklənməlidir. İnanıram ki, bu müzakirələr kolonializmə qarşı mübarizəmizi daha da dəstəkləyəcək", - deyə Prezident bildirib.
Nərgiz Camalzadə