Azərbaycan Prezidenti: “Braziliya ilə dostluq və əməkdaşlıq əlaqələrinin inkişafına böyük əhəmiyyət veririk”
"Braziliya ilə dostluq və əməkdaşlıq əlaqələrinin inkişafına böyük əhəmiyyət veririk. Ötən dövr ərzində Azərbaycan-Braziliya əlaqələrinin həm ikitərəfli, həm də çoxtərəfli əsasda genişlənməsi bizi sevindirir". Bu sözlər Prezident İlham Əliyevin Braziliya Prezidenti Luiz İnasio Lula da Silvaya bu ölkənin Müstəqillik Günü münasibətilə ünvanladığı təbrik məktubunda yer alıb. “Bu il Bakıda təşkil ediləcək BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası zamanı Braziliya ilə birgə sıx əməkdaşlıq edəcəyimizə inanıram" - deyə, dövlət başçısı bildirib.
Fərid Mehdiyev