Azərbaycan Prezidenti: “Bizə qarşı yenidən ərazi iddiaları irəli sürmək cəhdləri var”
"Xocalıda, Xankəndidə, o vaxt hələ ki, azad edilməmiş digər şəhər və kəndlərimizdə separatçılar at oynadırdılar. Onlar hesab edirdilər ki, burada separatçılıqla əbədi məşğul olacaqlar". Bunu Prezident İlham Əliyev Xocalı şəhərinə köçən sakinlərlə söhbəti zamanı deyib. Bildirib ki, həm Vətən müharibəsi, həm antiterror əməliyyatı xalqımızın gücünü, iradəsini, əsgər və zabitlərimizin qəhrəmanlığını bütün dünyaya sübut etdi.
Azad Mustafayev