Azərbaycan premyerliqasında ilin ən yaxşısı adına aydınlıq gəlib
2021-05-20 12:00
Azərbaycan Premyer Liqasında 2021/2022 mövsümünün ən yaxşı futbolçusu müəyyənləşib. Səsvermədə 8 komandadan 181 futbolçu, 8 baş məşqçi iştirak edib. İdman Araşdırmalar Mərkəzinin keçirdiyi səsvermə nəticəsində "Qarabağ"ın futbolçusu Kadi Borqes 47 səslə bu ada layiq görülüb. Ağdam təmsilçisinin digər yarımmüdafiəçisi Abdullah Zubir 24 səslə ikinci olub. Üçüncü yeri isə "Sabah"da çıxış edən Azərbaycan millisinin üzvü Aleksey İsayev 19 səslə tutub.
Nərgiz camal