Azərbaycan Premyer Liqasında XX tura start verilib
Azərbaycan Premyer Liqasında XX tura start verilib. Açılış oyunu Tovuzda keçirilib. “Turan Tovuz” komandası doğma azarkeşləri önündə “Səbail”lə üz-üzə gəlib. Qarşılaşma meydan sahiblərinin 3:1 hesablı qələbəsi ilə yekunlaşıb. Bu qalibiyyət sayəsində xallarının sayını 25-ə çatdıran “Turan Tovuz” 7-ci pilləyə yüksəlib. “Səbail” isə 27 xalla 5-ci yerdə qalıb. Turun digər oyunları yanvarın 27-28-də keçiriləcək.
Lalə Nəsib