Azərbaycan Premyer Liqasında XIII turun oyunlarının vaxtı açıqlanıb
Futbol üzrə Azərbaycan Premyer Liqasında XIII turun oyunlarının keçiriləcəyi tarix və saatlar müəyyənləşib. Peşəkar Futbol Liqasından verilən məlumata görə, turun qarşılaşmaları noyabrın 27-də saat 14:30-da “İmişli” – “Şəfa”, saat 19:00-da isə “Neftçi” – “Zirə” matçı baş tutacaq. Noyabrın 28-də saat 16:30-da “Turan Tovuz” – “Kəpəz”, saat 19:00-da isə “Sabah” – “Araz-Naxçıvan” qarşılaşması keçiriləcək.Noyabrın 29-da saat 14:30-da “Şamaxı” – “Qəbələ”, saat 17:00-da isə “Qarabağ” – “Sumqayıt” oyunları olacaq.
13 noyabr 2026

