Azərbaycan Premyer Liqasında XIII tura yekun vurulub
Futbol üzrə Azərbaycan Premyer Liqasında XIII tura 2 oyunla yekun vurulub. Günün ilk matçında "Zirə" "Qəbələ"ni 1:0 hesabı ilə məğlub edib. Tura Tofiq Bəhrəmovda yekun vurulub. Qarabağ Səbail üzərində inamlı qələbə qazanıb - 3:1. Turnir cədvəlinə 27 xalla Zirə başçılıq edir. 27 xalı olan Qarabağ ikincidir. 21 xallı Sumqayıt ilk üçlüyü tamamlayır. Qeyd edim ki, 11 oyun sonra qələbə qazaqnan Kəpəz sonuncu pilləni tərk edərək 9-cu yerə yüksəlib. Əvəzində Qəbələ sonuncu - 10-cu yerə düşüb.
Emin İsazadə