Azərbaycan Premyer Liqasında XI tura yekun vurulacaq..
Bu gün Azərbaycan Premyer Liqasında XI tura yekun vurulacaq. Debutant “Araz-Naxçıvan”la son çempion “Qarabağ” üz-üzə gələcəklər. Tofiq Bəhramov adına Respublika stadionunda baş tutacaq görüş, saat 19-da start götürəcək. Bu turda “Zirə” büdrədiyindən, “Qarabağ” qələbə qazanacağı halda vahid liderliyə yüksələcək. Əks təqdirdə isə “Araz-Naxçıvan” ikinci pillədəki rəqibi ilə xal fərqini aradan qaldıracaq.
Emin İsazadə