Azərbaycan Premyer Liqasında tamaşaçı rekordu yenilənib
Misli Premyer Liqasının 2026/2027 mövsümünün IV turunun "Kəpəz" – "Şamaxı" matçında tamaşaçı rekordu yenilənib.Qarşılaşmanı 15 000 tamaşaçı izləyib.Əvvəlki rekord III turda eyni arenada baş tutan "Kəpəz" – "Turan Tovuz" görüşünə təsadüf etmişdi. Həmin matçı 13 500 azarkeş izləmişdi."Kəpəz" "Şamaxı"ya 1:4 hesabı ilə məğlub olub.
07 sentyabr 2026

