Azərbaycan Premyer Liqasında bu gün daha 2 oyun keçiriləcək
Futbol üzrə Azərbaycan Premyer Liqasında bu gün XIV turun daha iki oyunu keçiriləcək. Hər iki matç paytaxtda baş tutacaq. Günün ilk qarşılaşmasında saat 16-da "Zirə" "Səbail"i qəbul edəcək. Meydan sahibləri 19 xalla beşinci, qonaqlar 10 xalla 7-ci pillədə qərarlaşıb. Günün ikinci matçında isə saat 18:30-da "Neftçi" "Qəbələ" ilə üz-üzə gələcək.