Azərbaycan Premyer Liqasında 40 aydan sonra yenilik baş verib
2021-02-21 12:12
Futbol üzrə Azərbaycan Premyer Liqasının XVI turunda yenilik baş verib. Bu, baş tutan bütün matçlarda meydan sahiblərinin qalib gəldiyi ilk turdur. Ölkə çempionatında sonuncu belə hadisə 2018/19 mövsümünün VII turunda yaşanıb. 3 il 4 ay, yəni 40 ay öncə də indiki kimi bir matç təxirə salınıb, digər üç qarşılaşmada meydan sahibləri qələbə əldə edib. XVI turda “Qəbələ” “Səbail”i, “Zirə” “Sabah”ı eyni – 2:0, “Neftçi” isə “Keşlə”ni 3:1 hesabı ilə məğlub edib. Turun təxirə salınan “Qarabağ” “Sumqayıt” görüşü isə mayın 12-nə təxirə salınıb.
Vüsalə camal