Azərbaycan Premyer Liqasında 2023-cü ilin rekordu qeydə alınıb
Azərbaycan Premyer Liqasında 2023-cü ilin tamaşaçı rekordu qeydə alınıb. Bu, XI tura təsadüf edib. Baş tutan 5 oyunu ümumilikdə 13 750 azarkeş izləyib. Orta göstərici 2750-yə bərabər olub. Buna qədər cari mövsüm ən çox tamaşaçı VI turda qeydə alınmışdı – 10 950.
Nərgiz Camalzadə