Azərbaycan Premyer Liqasının XI turu "Zəfər turu" adlandırılıb
Peşəkar Futbol Liqası şanlı qələbənin 6-cı ildönümü ilə əlaqədar Azərbaycan Premyer Liqasının XI turunu "Zəfər turu" elan edib. XI turun oyunlarından əvvəl stadionlarda Dövlət Himni səsləndiriləcək. Matçlar noyabrın 6-8-də keçiriləcək.
04 noyabr 2026

