Azərbaycan Premyer Liqasının təqvimində dəyişiklik edilib
2020-12-01 18:01
Azərbaycan Premyer Liqasının təqvimində dəyişiklik edilib. 7-ci turun Qəbələ – Qarabağ oyunu ilə 18-ci turun Qarabağ – Qəbələ matçlarının yeri dəyişdirilib. Komandalar dekabrın 6-da Bakıda üz-üzə gələcək. Buna Qarabağın Peşəkar Futbol Liqasına müraciəti səbəb olub. Ölkəmizi Avropa Liqasının qrup mərhələsində təmsil edən Ağdam klubu qitə miqyaslı oyunlarını Azərbaycandan kənarda keçirdiyini əsas gətirib və vaxt məhdudiyyəti səbəbindən görüşlərin yerinin dəyişdirilməsini istəyib. Qəbələ klubunun razılıq məktubunu nəzərə alan PFL müvafiq dəyişikliyi edib.
Fərid Mehdiyev