Azərbaycan Premyer Liqasının lideri “Qarabağ” öz tarixinin rekorduna imza atıb
2021-04-23 14:13
Azərbaycan Premyer Liqasının lideri “Qarabağ” öz tarixinin rekorduna imza atıb. 22 turdan sonra hesabında 55 xal olan Ağdam klubu 1992-ci ildən keçirilən ölkə çempionatlarında heç vaxt belə uğurlu çıxış etməyib. Bu sayda qarşılaşmada 55 xal toplamaq həm də son 18 mövsüm bütün klublar üçün mütləq rekorddur. Sonuncu dəfə daha çox xal toplanmasına 2003/04 mövsümündə təsadüf olunub. Həmin vaxt “Neftçi” 22 oyunda 57 xal yığıb.
Vüsalə camal