Azərbaycan Premyer Liqası: "Şəfa" "İmişli"ni məğlub edib
Futbol üzrə Azərbaycan Premyer Liqasının XIII turunun açılış oyununda “Şəfa” “İmişli”yə 3:1 hesabı ilə qalib gəlib.Turun növbəti oyununda bu gün saat 19:00-da “Neftçi” “Zirə”ni qəbul edəcək. Noyabrın 28-də saat 16:30-da “Turan Tovuz” “Kəpəz”lə, saat 19:00-da isə “Sabah” “Araz-Naxçıvan”la qarşılaşacaq. Noyabrın 29-da saat 14:30-da “Şamaxı” “Qəbələ” ilə, saat 17:00-da isə “Qarabağ” “Sumqayıt”la üz-üzə gələcək.XIII tura noyabrın 29-da yekun vurulacaq.
27 noyabr 2026

