Azərbaycan pomidorunun Avropa ölkələrinə ixracı mümkündür
2020-01-29 16:08
Azərbaycan pomidorlarının Avropa İttifaqına ixrac oluna bilər. Aİ-nin Azərbaycandakı nümayəndəliyinin rəhbəri Kestutis Yankauskasın sözlərinə görə, Azərbaycan Aİ ölkələrinə fındıq ixracını uğurla həyata keçirir, pomidorun da ixracı mümkündür. Bununla əlaqədar olaraq Aİ-nin Azərbaycandakı nümayəndə heyəti bir neçə layihə üzərində fitosanitar təşkilatlarla fəal işləyir və pomidor ixracı məsələsi nəzərdən keçirilərkən ilk növbədə onların keyfiyyətinə diqqət veriləcək.
Vüsalə Camal