Azərbaycan pilotları “Qış təlimi - 2023” təlimlərində şərti düşmən hədəflərini məhv ediblər
Azərbaycan pilotları Türkiyənin Qars şəhərində keçirilən “Qış təlimi - 2023” təlimlərində hava manevrlərini icra ediblər. Türkiyənin Milli Müdafiə Nazirliyindən qeyd olunub ki, təlimlər çərçivəsində pilotlar müxtəlif tapşırıqları yerinə yetiriblər. Məşqlər zamanı, həmçinin şərti hədəflər məhv edilib.
Fərid Mehdiyev