Azərbaycan paralimpiyaçıları Tokio-2020-də 14-cü qızıl medalı qazanıb
2021-09-04 12:00
Prezident İlham Əliyev “Tokio-2020” Yay Paralimpiya Oyunlarında ölkəmizə növbəti qızıl medalları qazandıran idmançılarımızı təbrik edib. “Lamiyə Vəliyeva və Orxan Aslanovu inamlı qələbələri münasibətilə təbrik edirəm!”, - deyə dövlət başçısının tvitterdəki paylaşımında bildirilib. Azərbaycan komandası Yay Paralimpiya Oyunlarında iştirakını 14 qızıl, 1 gümüş və 4 bürünc medalla başa vurub.
Fərid Mehdiyev