Azərbaycan para-üzgüçüsü Roman Saleh "Tokio 2020"yə vəsiqə əldə edib

2019-09-10 12:32

Azərbaycan para-üzgüçüsü Roman Saleh 2020-ci il Tokio Yay Paralimpiya Oyunlarına lisenziya qazanıb. Yığmamızın üzvü Böyük Britaniyanın paytaxtı Londonda keçirilən dünya çempionatında 100 metr məsafəyə arxası üstə 1 dəqiqə 1 saniyəyə üzərək, yarışı 2-ci yerdə tamamlayıb. O, ilk 2 yerdən birini tutduğu üçün "Tokio 2020"yə birbaşa vəsiqə əldə edib.

Vüsalə Camal