Azərbaycan Ordusunun tank bölmələrində sürücülük və atəş hazırlığı üzrə müxtəlif çalışmalar yerinə yetirilib
2021-06-14 12:12
Azərbaycan Ordusunun tank bölmələrində sürücülük və atəş hazırlığı üzrə müxtəlif çalışmalar yerinə yetirilib. Tank heyətləri ərazidə təbii və süni maneələri dəf edərək döyüş maşınlarının idarə olunması vərdişlərini daha da təkmilləşdirib. Atəş hazırlığı üzrə çalışmalarda hədəflərin məhv edilməsi tapşırıqları müvəffəqiyyətlə yerinə yetirilib.
Nərgiz camal