Azərbaycan Ordusunun mövqeləri atəşə tutulub
2021-02-15 12:00
Ermənistan silahlı qüvvələrinin bölmələri fevralın 14-ü saat 18:45-dən başlayaraq Basarkeçərin Zərkənd yaşayış məntəqəsində yerləşən mövqelərindən Kəlbəcərin Barmaqbinə yaşayış məntəqəsi istiqamətində yerləşən Azərbaycan Ordusunun mövqelərini heç bir səbəb olmadan fasilələrlə atıcı silahlardan atəşə tutub. Fevralın 15-i saat 1:40 radələrində Tovuzqala rayonunun Çinarlı yaşayış məntəqəsi istiqamətindən Tovuzun Ağbulaq yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərimiz də atəşə tutulub. Ordumuz tərəfindən adekvat cavab tədbirləri görülüb.
Vüsalə camal