Azərbaycan Ordusunun komando bölmələrinin döyüş qabiliyyəti artırılır
2021-04-21 10:00
Türkiyə Silahlı Qüvvələrinin Azərbaycan Tapşırıq Qrupu Komandanlığı tərəfindən quru qoşunlarının komandolarına təlim keçirilib. Bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi məlumat yayıb. Bildirilib ki, komandanlığın koordinasiyası ilə davam edən “Komandonun əsasları kursları” ilə “Dözümlülük təlimləri” çərçivəsində Azərbaycanın beş briqadasında “Uzun məsafəli müqavimət yürüşü” icra edilib. Təlimin əsas məqsədi Azərbaycan Ordusunun Əməliyyat bölmələrinin döyüş qabiliyyətinin daha da yüksəldilməsidir.
Fərid Mehdiyev