Azərbaycan Ordusunun hərbi qulluqçusu həlak olub
Azərbaycan Ordusunun hərbi qulluqçusu təlim zamanı həlak olub. Bu barədə Müdafiə Nazirliyindən bildirilib. Gizir Əhmədov Sənan Nürəddin oğlu iyunun 5-də paraşütdən atlama təlimi zamanı baş vermiş bədbəxt hadisə nəticəsində həyatını itirib. "Müdafiə Nazirliyinin rəhbərliyi şəhid olan hərbi qulluqçumuzun ailəsinə və yaxınlarına dərin hüznlə başsağlığı verir, səbir diləyir. Allah rəhmət eləsin!
Azad Mustafayev