Azərbaycan Ordusunun hərbi qulluqçuları Kəlbəcərdə minaya düşüblər
Mayın 11-də Azərbaycan Ordusunun hərbi qulluqçuları Hüseynov Məhəmməd Əlibaba oğlu və Qaflanov Kamil Cəmil oğlu xidməti vəzifələrini yerinə yetirərkən Kəlbəcər rayonu ərazisində minaya düşüblər.Bu barədə Azərbaycanın Müdafiə Nazirliyi məlumat yayıb.Hərbi qulluqçularımızın vəziyyətləri stabildir, müalicələri davam etdirilir. Faktla bağlı araşdırma aparılır.
12 may 2026

