Azərbaycan Ordusunun atəş açması ilə bağlı məlumat həqiqəti əks etdirmir
Oktyabrın 16-da Azərbaycan Ordusunun bölmələri tərəfindən guya Ermənistan silahlı qüvvələrinin bölmələrinə atəş açılması ilə bağlı qarşı tərəfin yaydığı məlumat həqiqəti əks etdirmir, tamamilə yalandır. Bu barədə Müdafiə Nazirliyindən bildirilib.