Azərbaycan Ordusunun Aprel qələbəsindən 8 il ötür
Azərbaycan Ordusunun Aprel qələbəsindən 8 il ötür. 2016-cı il aprelin 2-də Ordumuz düşməni ağır məğlubiyyətə uğradaraq, Füzuli, Cəbrayıl və Ağdərə rayonlarının işğal altındakı ərazilərinin 2 min hektardan çox hissəsini azad edib. Həmçinin minlərlə hektar ərazi Azərbaycan Ordusunun tam nəzarətinə keçib. Dördgünlük uğurlu əməliyyatlar nəticəsində Naftalan şəhərinə təhlükə yaradacaq Tərtərin Talış kəndi istiqamətindəki yüksəkliklər işğalçılardan təmizlənib. Həmçinin strateji əhəmiyyətli Cəbrayılın Lələtəpə yüksəkliyi azad edilib. Səkkiz il əvvəl Lələtəpədə ucaldılan üçrəngli Bayrağımız bu gün Qarabağın və Şərqi Zəngəzurun hər bir guşəsində dalğalanır.
Vüsalə Cənnətova