Azərbaycan Ordusunun əməliyyat-taktiki təlimləri başa çatıb
2021-03-18 10:00
Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin təsdiq etdiyi plana əsasən keçirilən əməliyyat-taktiki təlimləri uğurla başa çatıb. Dağlıq-meşə və çətin relyefli ərazilərdə keçirilən təlimlərdə əsas diqqət Vətən müharibəsində qazanılan döyüş təcrübəsi nəzərə alınmaqla şəxsi heyətin və hərbi idarəetmə orqanlarının peşəkarlıq səviyyəsinin artırılması, qoşunların terrorçu dəstələr və qanunsuz silahlı qruplaşmalar ilə mübarizə üzrə təlim-döyüş tapşırıqlarının icra edilməsinə yönəldilib.
Nərgiz Camal