Azərbaycan Ordusunda təlimlər başlayıb
2021-05-16 10:05
Azərbaycan Ordusunda qoşun növlərinin cəlb edilməsi ilə təlimlər keçirilir. Mayın 20-dək davam edəcək təlimə 15000 nəfərədək şəxsi heyət, 300-dək tank və digər zirehli texnika, 400-dək müxtəlif çaplı raket və artilleriya qurğusu, yaylım atəşli reaktiv sistemləri, minaatan və tank əleyhinə vasitələr, 50-dək hərbi aviasiya və müxtəlif təyinatlı pilotsuz uçuş aparatları cəlb olunub. Əsas diqqət qoşunların idarəolunması, ümumqoşun birlikləri, Raket və Artilleriya Qoşunları, aviasiya, Xüsusi Təyinatlı Qüvvələr arasında qarşılıqlı fəaliyyətin təkmilləşdirilməsinə yönəldilib.
Fərid Mehdiyev