Azərbaycan Ordusu yeni dayaq məntəqələrini azad edib
2020-10-03 10:00
Azərbaycan Ordusu müəyyən olunan istiqamətlərdə irəliləyərək yeni dayaq məntəqələrini azad etməklə ərazini düşmən qüvvələrdən təmizləyib. Döyüşlərdə düşmənin xeyli sayda canlı qüvvəsi, hərbi və digər döyüş texnikası məhv edilib. Müdafiə Nazirliyi sentyabrın 27-dən oktyabrın 2-si saat 20-dək düşmənin 230-dək tank və digər zirehli texnikası, 250 ədəd artilleriya, yaylım atəşli raket sistemləri, minaatanı, 38 ədəd hava hücumundan müdafiə vasitələri, 10 komanda-idarəetmə və komanda-müşahidə məntəqəsinin, 7 silah-sursat anbarı, 130-dan artıq avtomobil texnikası, 1 ədəd “S-300” zenit-raket kompleksinin məhv edildiyini də açıqlayıb.
Nərgiz Camal