Azərbaycan Ordusu adekvat tədbirlər görür
2020-10-08 10:03
Səhər saatlarından başlayaraq Ermənistan silahlı qüvvələri Goranboy, Tərtər, Ağdam rayonlarının kəndlərini artilleriya atəşinə tutur. Ölən və yaralananlar var. Müdafiə Nazirliyi bildirir ki, düşmən Bərdə və Ağcəbədi rayonlarının kəndlərini də atəşə tutur. Azərbaycan Ordusu adekvat tədbirlər görür.
Fərid Mehdiyev