Azərbaycan minadan ən çox əziyyət çəkən ölkədir
Prezident İlham Əliyevin Bakıda keçirilən “Neokolonializm: İnsan Hüquqlarının Pozulması və Ədalətsizlik” mövzusunda beynəlxalq konfransın iştirakçılarına müraciəti BMT-nin rəsmi sənədi kimi yayılıb. XİN-dən bildirilib ki, müraciətdə kolonializmin davam etməsinin narahatlıq doğurduğu qeyd edilib. Fransanın dünyada ən çox mina istifadə etmiş ölkələrdən biri olduğuna diqqət çəkilib. Azərbaycanın minadan ən çox əziyyət çəkən ölkə olduğu vurğulanıb.
Nərgiz Camalzadə