Azərbaycan mina problemi ilə bağlı BMT qarşısında təşəbbüs irəli sürüb
Azərbaycan mina problemini Dayanıqlı İnkişaf Məqsədlərinin 18-ci məqsədi kimi irəli sürüb. Baş nazirin müavini Əli Əhmədov 4-cü Dayanıqlı İnkişaf Məqsədləri Dialoqunda çıxışı zamanı deyib ki, Azərbaycanın BMT qarşısında qaldırdığı məsələ 100-120 milyon insan ölümünün qarşısını alacaq. Azərbaycanın da mina təhlükəsindən əziyyət çəkdiyini bildirən Əli Əhmədov ölkə ərazisində 1,5 milyon mina basdırıldığını vurğulayıb.
Azad Mustafayev