Azərbaycan millisinin yeni baş məşqçisi Bakıda idman obyektləri ilə tanış olub
Futbol üzrə Azərbaycan millisinin yeni baş məşqçisi Fernandu Santuş Bakıda idman obyektləri ilə tanış olub. 69 yaşlı portuqaliyalı mütəxəssis bu məqsədlə Milli Komandaların Təlim-Məşq Mərkəzi, Bakı Olimpiya Stadionu və Tofiq Bəhramov adına Respublika və digər stadionlara baş çəkib. Baş məşqçiyə adıçəkilən məkanların hazırkı durumu və orada yaradılan şəraitlə bağlı məlumat verilib.
Fərid Mehdiyev