Azərbaycan millisinin Slovakiya ilə bugünkü oyun üçün “23-lüy”ü açıqlanıb
Azərbaycan millisinin Slovakiya ilə bugünkü oyun üçün “23-lüy”ü açıqlanıb. İki matç üçün çağırılan 26 nəfərlik heyətdən üç futbolçu kənarda qalıb. Cəzalı Mahir Emrelinin bu qarşılaşmanı buraxacağı öncədən bəlli idi. Komandamızın baş məşqçisi Canni de Byazi Rüstəm Əhmədzadə və Qismət Alıyevdən də imtina edib.