Azərbaycan millisinin futzalçıları komandaya qoşulacağı vaxt açıqlanıb
2021-01-27 12:04
Koronavirusa yoluxmuş Azərbaycan millisinin futzalçıları Rövşən Hüseynli və Qallonun komandaya qoşulacağı vaxt açıqlanıb. Hər iki oyunçu yanvarın 28-də düşərgədə olacaq. Onlar bu gecə sonuncu karantin gününü basa vuracaqlar. Həmin futzalçıların PCR testi yanvarın 22-də pozitiv çıxıb. Yığma bu gün sonuncu görüş üçün Amsterdama yola düşəcək və orada ilk məşqini keçirəcək.
Nərgiz camal