Azərbaycan millisinin futbolçusu Superliqa klubuna keçə bilər
21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinin üzvü Samet Karakoç Türkiyə Superliqasında çıxış edən “Antalyaspor”a keçə bilər. II Liqa təmsilçisi “Isparta 32 Spor”un formasını geyinən 21 yaşlı sol cinah müdafiəçisinin oyunu Antalya klubunun baş məşqçisi Nuri Şahinin diqqətini çəkib. “Antalyaspor”un futbolçu ilə danışıqları yekunlaşmaq üzrədir. Elita komandası tezliklə bu keçidi reallaşdırmaq niyyətindədir.
Fərid Mehdiyev