Azərbaycan millisinin futbolçusu Mahir Emreli Polşa çempionatında növbəti oyununu keçirib
2021-11-29 12:00
Azərbaycan millisinin futbolçusu Mahir Emreli Polşa çempionatında növbəti oyununu keçirib. “Legiya”nın 24 yaşlı hücumçusu “Yagelloniya” ilə ev maçının iştirakçısı olub. Matçın ilk hissəsinə əlavə edilən dəqiqədə vurulan qol “Legiya”ya üç xal qazandırıb. Bu qolun ötürməsinin müəllifi olan Emreli 90 dəqiqə meydanda keçirib. 14 matçda 12 xal toplayan Varşava təmsilçisi 18 komanda arasında 16-cı pillədə qərarlaşıb.
Vüsalə camal