Azərbaycan millisinin futbolçusu çıxış etdiyi Almaniyanın “Ertsgebirge” klubu məşqləri bərpa edib
2020-04-16 14:06
Azərbaycan millisinin futbolçusu Dmitri Nazarovun çıxış etdiyi Almaniyanın “Ertsgebirge” klubu məşqləri bərpa edib. Komanda hazırlığı kiçik qruplar şəklində gerçəkləşdirib. Məşqə Nazarov da qatılıb. O, digər futbolçularla birgə fiziki və toplu çalışmaları yerinə yetirib. II Bundesliqanın oyunları mayın 16-da bərpa oluna bilər.
Nərgiz Camal