Canlı
Azərbaycan millisinin baş məşqçisi Faiq Qarayev istefa verib

2018-10-12 / 10:04

Qadın voleybolu üzrə Azərbaycan millisinin baş məşqçisi Faiq Qarayev istefa verib. 59 yaşlı mütəxəssis səhhətində yaranan ciddi problemlə əlaqədar məşqçilik karyerasını başa vurub. Lakin o, məşqçiliyi atsa da, Voleybol Federasiyasının 1-ci vitse-prezidenti vəzifəsini icra etməkdə davam edəcək. Bundan başqa, millimizin aparıcı üzvlərindən olan Natalya Məmmədova da yığma ilə vidalaşıb. Qeyd edək ki, yığmamız Yaponiyadakı dünya çempionatının 2-ci mərhələsində F qrupunda sonuncu yeri tutaraq növbəti raunda vəsiqə qazana bilməyib.

Vəfa Şairova