Azərbaycan millisinin AVRO-2024-ün seçmə mərhələ oyunları üçün heyəti açıqlanıb
Azərbaycan millisinin AVRO-2024-ün seçmə mərhələsinin son iki oyunu üçün heyəti açıqlanıb. Baş məşqçi Canni De Byazi 27 futbolçuya dəvət göndərib. Onlardan 9-u ölkə xaricində legioner həyatı yaşayır. Yığmamız noyabrın 16-da Tofiq Bəhramov adına Respublika stadionunda İsveçlə, 19-da isə səfərdə Belçika ilə qarşılaşacaq.
Emin İsazadə