Azərbaycan millisinin Ümumdünya Şahmat Olimpiadasındakı rəqibləri bəlli olub
2020-08-17 18:09
Azərbaycan millisinin Ümumdünya Şahmat Olimpiadasındakı rəqibləri bəlli olub. Komanda "Top-divizion"da B qrupunda yarışacaq. Onlayn turnirdə yığmanın rəqibləri Macarıstan, Cənubi Afrika Respublikası, Ukrayna, Slovakiya, Qazaxıstan, İspaniya, Norveç, Fransa və Niderland yığmaları olacaq. Top-divizionda mübarizə avqustun 19-da başlayacaq.
Nərgiz Camal