Azərbaycan millisinə seçmə mərhələ oyunları üçün 19 futbolçu çağırılıb
19 yaşadək qadın futbolçulardan ibarət Azərbaycan millisinin üç oyun üçün heyəti açıqlanıb. Yığmaya 19 oyunçu cəlb edilib. Komanda noyabrın 1-dən 5-dək Bakıda təlim məşq toplanışı keçəcək. Milli 6-15 noyabrda Sloveniyada UEFA Millətlər Liqası formatında təşkil olunacaq Avropa çempionatının seçmə mərhələsində iştirak edəcək. Yığma noyabrın 8-də Kosovo, 11-də Sloveniya, 14-də isə Moldova ilə üz-üzə gələcək.
Nərgiz Camalzadə