Azərbaycan milli komandası yoxlama oyununda Tacikistanla qarşılaşmada 1:0 hesabı ilə qalib gəlib.
Bu, Azərbaycan millisinin Millətlər Liqası öncəsi son yoxlama matçı olub.Millinin baş məşqçisi Ayxan Abbasov qələbədən sonra komandanın ağır oyun keçirdiyini bildirib.O deyib ki, ilk hissədə tempi artırmaq mümkün olmayıb, ikinci hissədə isə dəyişikliklərdən sonra oyun sürətlənib. Abbasov zədəli futbolçuların tezliklə sıraya qayıdacağına ümid etdiyini bildirib. Hazırda gənclərin də komandaya qoşulduğunu söyləyib. Tacikistan millisinin baş məşqçisi İqor Angelovski isə rəqibin güclü futbolçulara malik olduğunu deyib. Mütəxəssis hər iki komandanın qol imkanları yaratdığını, lakin Tacikistanın bunlardan yararlana bilmədiyini bildirib.
24 sentyabr 2026

