Azərbaycan millisi Portuqaliya seçməsi ilə qarşılaşacaq
2021-03-24 14:00
Futbol üzrə Azərbaycan millisi dünya çempionatının seçmə mərhələsinin birinci turu çərçivəsində bu gün Portuqaliya yığması ilə qarşılaşacaq. İtaliyanın Turin şəhərindəki keçiriləcək görüşü almaniyalı hakimlər briqadası idarə edəcək. Görüş Bakı vaxtı ilə saat 23:45-də başlayacaq. Bu arada futbol üzrə Moldova və Azərbaycan milli komandaları arasında keçiriləcək yoldaşlıq oyununun vaxtı dəyişdirilib. Kişinyov şəhərində iyunun 5-də keçirilməsi nəzərdə tutulan matç 1 gün sonra təşkil olunacaq.
Fərid Mehdiyev