Azərbaycan millisi FIFA reytinqində irəliləyib
2021-06-23 16:00
Futbol üzrə Azərbaycan milli komandası FIFA reytinqində 1 pillə irəliləyib. Canni De Byazinin baş məşqçi olduğu kollektiv 1128 xalla 128-ci sırada qərarlaşıb. Buna yığmanın UEFA Millətlər Liqasının iyun ayında keçirilən matçlarında Belarusla səfər oyununda qolsuz heç-heçə etməsi, ev matçında 2:0 hesablı qələbə qazanması səbəb olub. Milli komandanın rəqiblərindən Slovakiya 1439 xalla 51-ci, Belarus 1226 xalla 96-cı, Qazaxıstan isə 1166 xalla 124-cüdür.
Vüsalə camal