Azərbaycan millisi dünya çempionatının seçmə mərhələsinə qələbə ilə başlayıb
Azərbaycanın qadın futbolçulardan ibarət millisi dünya çempionatının seçmə mərhələsinə qələbə ilə başlayıb."Dalğa Arena"da Şimali Makedoniyanı qəbul edən Siyasət Əsgərovun baş məşqçisi olduğu komanda 2:0 hesabı ilə qalib gəlib.Azərbaycan yığması növbəti matçını martın 7-də Macarıstan millisinə qarşı keçirəcək. Bu görüş Felksutdakı "Panço Arena"da, Bakı vaxtı ilə saat 20:00-da start götürəcək.
03 mart 2026

