Azərbaycan millisi DÇ-2022-nin seçmə mərhələsində çıxışını başa vurub
2021-11-12 10:10
Azərbaycan millisi DÇ-2022-nin seçmə mərhələsində çıxışını başa vurub. Lüksemburqu qəbul edən komandamız rəqibə 1:3 hesabı ilə uduzub. "Fikirləşirəm ki, 10 nəfərlə bundan artığını edə bilməzdik". Bunu millimizin baş məşqçisi Canni De Byazi oyundan sonra mətbuat konfransında söyləyib. İtaliyalı mütəxəssis hakimlikdən narazı qaldığını da sözlərinə əlavə edib. Yığmamızın yer aldığı qrupun İrlandiya - Portuqaliya matçında kollektivlər qolsuz heç-heçə ediblər. Gecə keçirilən digər maraqlı oyunlarda bu nəticələr qeydə alınıb: Gürcüstan - İsveçə - 2:0, Yunanıstan - İspaniya - 0:1, Almaniya - Lixtenşteyn - 9:0, Ermənistan - Şimali Makedoniya - 0:5.
Nərgiz camal